Tarix : 2016 Oct 06
Kod 50417

Ohanyanla Sərkisyan arasında artıq inciklik yaranıb

Ermənistanın keçmiş müdafiə naziri Sərkisyana müxalif olur.
Arannews- Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan müxalifətə keçib.
bu iddia ilə “Qraparak” qəzeti çıxış edib. Ohanyanın Ermənistan Prezident Administrasiyasının sədr müavini Viktor Dəlləkyanın formalaşdırmaq istədiyi “Şrdjadarts” Partiyasına rəhbər gətirilməsi nəzərdə tutulub:
 “Ohanyanla Sərkisyan arasında artıq inciklik yaranıb. Dəlləkyan Sərkisyanın son iclasında iştirak etsə də, Ohanyanın ətrafında birləşməyə məmnuniyyətlə razı olacaq”.
Qeyd edək ki, Seyran Ohanyan bir müddət öncə istefaya göndərilib. Onun yerinə müdafiə naziri vəzifəsinə Vigen Sərkisyan təyin olunub.


  • Yazılıb
  • da (də) 2016 Oct 06
  • Göndərən مدير سايت Aran News