Tarix : 2016 Oct 10
Kod 50418

Ayətullah Amili: Əzadarlığa və toplantıya qadağa qoymaq İmam Hüseynə (ə) sevgini daha da artırır

Ayətullah Amili: “İmam Hüseynin (ə) qiyamı zəruri və Peyğəmbərin (s) sünnəsini diriltmək üçün tamamilə məntiqi bir hərəkat idi. Ona görə də bu qiyam şiə və əhli-sünnənin ortaq mövzusudur”.
Arannews- Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi ötən il Tasua və Aşura günləri bir mərkəzdə əzəmətli toplanış keçirən bütün dünya azərilərinə, habelə bu günləri Tehranda möhtəşəm toplantı təşkil edən Tehran və Kərəc azərilərinə öz təşəkkürünü bildirib. 
Ayətullah Amili müxtəlif ölkələrdə yaşayan bütün dünya azərilərinə müraciət edərək onları bu il də keçən ildəkindən daha əzəmətli toplantı keçirməyə və bununla İslamın gücünü, İmam Hüseyn (ə) mədəniyyətinin dəyərini bütün dünyaya nümayiş etdirməyə çağırıb. 
Ərdəbilin cümə namazına rəhbərlik edən xətib Kərbəla hadisəsini bütün bəşəriyyət üçün əxlaqi, ictimai və qəhrəmanlıq dərsləri ilə dolu ən ali və əhatəli bir məktəb adlandıraraq deyib: “İmam Hüseynin (ə) qiyamı zəruri və Peyğəmbərin (s) sünnəsini diriltmək üçün tamamilə məntiqi bir hərəkat idi. Ona görə də bu qiyam şiə və əhli-sünnənin ortaq mövzusudur”.
İmam cümə Ərdəbil və Gilanın qərbində yaşayan əhli-sünnə əhalisinə Kərbəla faciəsinə görə matəm saxladıqları üçün təşəkkür edib.
Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi ötən il Tasua və Aşura günləri bir mərkəzdə əzəmətli toplanış keçirən bütün dünya azərilərinə, habelə bu günləri Tehranda möhtəşəm toplantı təşkil edən Tehran və Kərəc azərilərinə öz təşəkkürünü bildirib. 
Ayətullah Amili müxtəlif ölkələrdə yaşayan bütün dünya azərilərinə müraciət edərək onları bu il də keçən ildəkindən daha əzəmətli toplantı keçirməyə və bununla İslamın gücünü, İmam Hüseyn (ə) mədəniyyətinin dəyərini bütün dünyaya nümayiş etdirməyə çağırıb.
Xətib çıxışının davamında dini dəyərlərin qorunmasını düşmənləri naümid etdiyini vurğulayaraq deyib: “Kimlikdən istifadə etmək düşmənləri məyus edir və onların fitnələrini puça çıxarır, yadları dayanmağa məcbur edir. Dini dəyərləri nümayiş etdirmək çox xalis və təsirli bir təbliğdir”.
Ayətullah Amili əlavə edib: “Bu toplanış dindən sui-istifadə etmək deyil və heç bir dövlət bu əzadarlığı, toplantını və matəm bayraqlarını o ölkənin müstəqilliyi və milli hakimiyyəti ilə zidd olduğunu təsəvvür etməməlidir. Əksinə bu qəbil işlər ölkədə çətin zamanlarda yadların təcavüzünə qarşı mübarizə aparmaq, ölkəni qorumaq üçün insanlarda mübarizə, şücaət və qeyrət ruhu tərbiyə edir”.
“Tarixi təcrübələr sübut etmişdir ki, əzadarlıq və  əzadarların toplanış və ruhi boşalmasını qadağan etmək İmam Hüseynə (ə) və Kərbəla faciəsinə sevginin daha da artmasına səbəb olur”-deyə, imam cümə qeyd edib.


  • Yazılıb
  • da (də) 2016 Oct 10
  • Göndərən مدير سايت Aran News