Tarix : 2016 Oct 08
Kod 50419

Xalqların oyanışında Aşuranın rolu

İmam Hüseynə (ə) matəm məclisləri oyanış, hidayət və küfrlə mübarizə mərkəzi olmuşdur və şiələrin imamları daim öz dostlarını və ardıcıllarını belə məclislər keçirməyə rəğbətləndiriblər.
Arannews- İmam Hüseynin (ə) qiyam və şəhadətinin digər təsirlərindən biri də onun siyasi-ictimai aspektləri: yatmışları ayıltmaq, zülm və sitəmə qarşı mübarizə ruhunun ötürülməsi olmuşdur. Həmin zaman İmam Hüseynin (ə) qanlı inqilabı düşmənin bütün siyasi balansını bir-birinə vurdu, ictimai durumu dəyişdirdi. İmam Hüseynin (ə) qanı ölü, quru və naümid cismlərə yeni həyat bəxş etdi və bir çox azadlıq qiyamlarının baş verməsinə səbəb oldu. Ona görə də demək olar ki, Aşura gününün axşamçağısı İmamın (ə) qiyamının sonu deyildi. O gün İslam ümmətinin, xüsusən də şiələrin oyanışıın başlanğıcı idi.
İmam Hüseynə (ə) matəm məclisləri oyanış, hidayət və küfrlə mübarizə mərkəzi olmuşdur və şiələrin imamları daim öz dostlarını və ardıcıllarını belə məclislər keçirməyə rəğbətləndiriblər. İnsanların Əhli-Beytə (ə) və şəhidlər ağasına (ə) olan pak sevgisi hidayət və tərbiyə üçün dəyərli sərmayədir. Ona görə də bu məclislərdə Aşuranın dərs və ibrətlərindən söz açmaq lazımdır ki, yatmışlar oyansın. İmam Hüseynə (ə) qurulan matəm məclisləri təkcə bir neçə gün bir yerə toplaşıb, ağlayıb, sinə vurmaq üçün deyil. İmam Xomeyni və dinimizin böyüklərinin xatırlatdıqları kimi bilmək lazımdır ki, İslami diri saxlayan Məhərrəmdir. 
İmam Hüseynin (ə) qiyamının təsirləri əməvi aparatından və o həzrətin düşmənlərinin özündən başladı. İmamın (ə) şəhadətindən sonra dərhal fəryadlar ucaldı, Yezid hökuməti tənqid atəşinə tutuldu. Bu məsələ Bəni-Üməyyənin nəhs hökumətinin təməlini laxlatdı. Sinan ibn Ənəs qətligahdan çıxmamış yoldaşları ona dedilər: “Sən Hüseyn ibn Əlini, Peyğəmbərin oğlunu və Peyğəmbərin qızının oğlunu öldürdün? Sən elə bir şəxsi öldürdün ki, ərəblərin hamısından üstün idi və hökuməti Bəni-Üməyyədən almaq üçün gəlmişdi”.
Bu məsələ onu göstərir ki, İmam Hüseynin (ə) şəhadətindən dərhal sonra elə ilk anlardan inqilablar üçün qığılcımlar saçdı. Bundan sonra Təvvabin və Muxtarın qiyamları baş verdi, nəhayət İranın böyük inqilabı yarandı. 
Bundan sonra da İmam Hüseynin (ə) qiyamı zalıma qarşı mübarizədə öz təsirini göstərəcək.


  • Yazılıb
  • da (də) 2016 Oct 08
  • Göndərən مدير سايت Aran News