Həzrət İmam Hüseyn (ə) qanlı Aşura qiyamı ilə bütün dünya müsəlmanlarına zalımlar qarşısında dayanmaq və müqavimət dərsi öyrətdi. Bu günlərə məxsus olan mərasimlər keyfiyyət və məzunu ilə yanaşı keçirilməlidir. Aşuranın ən mühüm ilahi şüarı azadlıq və zülmlə mübarizədir.
Arannews- Vəliyyi-Fəqihin Qərbi Azərbaycan əyaləti üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Mehdi Qüreyşi bu həftənin cümə namazının xütbələrində İmam Hüseynin (ə) matəm günləri münasibətilə başsağlığı verərək deyib: “Hər kəs bu günləri əzəmətli tutsa, onun vücudunda ilahi təqvanın hakim olduğu görünür”.
İmam cümə əlavə edib: “Həzrət İmam Hüseyn (ə) qanlı Aşura qiyamı ilə bütün dünya müsəlmanlarına zalımlar qarşısında dayanmaq və müqavimət dərsi öyrətdi. Bu günlərə məxsus olan mərasimlər keyfiyyət və məzunu ilə yanaşı keçirilməlidir. Aşuranın ən mühüm ilahi şüarı azadlıq və zülmlə mübarizədir”.
Xətib deyib: “Dünya müsəlmanları din rəhbərləri olan məsum imamların bütün göstərişlərinə əməl etsəydilər, indi bəşərin vəziyyəti belə olmazdı”.
“Çox təəssüflər olsun ki, bəzi İslam ölkələrinin rəhbərləri Amerika və imperializmin əlaltılarının göstərişlərinə tabe olurlar”-deyə, o vurğulayıb.
Seyid Mehdi Qüreyşi qeyd edib ki, İmam Hüseynin (ə) h.q 61-ci ildə şəhid olmasına və bu hadisəsən 1377 il il ötməsinə baxmayaraq hələ də Hüseynin (ə) xatirəsi ürəkləri hərarətə gətirir.
Xətib yaxşılığa dəvət və pislikdən çəkindirmək kimi vacib bir məsələnin camiədə icra olunmasının da lüzumuna toxunaraq deyib: “Heyiflər olsun ki, bunu unutmuşuq, hətta dil ilə xatırlamanı bir qırağa qoymuşuq. Halbuki, bütün ömrümüzü ibadət və Allah yolunda cihadla keçirsək belə yaxşılığa dəvət və pislikdən çəkindirmənin savabını qazana bilmərik”.
İmam cümə namazın ikinci xütbəsində hamını təqvaya və haramlardan uzaq olmağa dəvət edərək deyib: “Bu günləri, Məhərrəm ayının beşinci günündə dünyanın 3500 yerində eyni zamanda “Südəmərlər günü” qeyd edildi. Bu insanların İmam Hüseynin (ə) südəmər övladına sevgisini nümayiş etdirdi. Allahın razılığını cəlb etmək üçün İmam Hüseynin (ə) razılığını qazanmalıyıq”.
Qüreyşi daha sonra deyib: “Bu həftə “yaxşılığa dəvət və pislikdən çəkindirmək” həftəsidir. İmam Hüseynin (ə) qiyamının səbəblərindən biri də elə bu ilahi vəzifə idi. Biz də onun kimi rəftar etməli və xalqı müxtəlif cür davranış, dil və ürək metodları ilə yaxşılığa dəvət etməli və pislikdən çəkindirməliyik ki, yaxşı cameəyə sahib ola bilək”.
Xətib həzrət İmam Əlidən (ə) nəql olunmuş bir rəvayəti izah edərək deyib: “Bəzi insanlar camaatı əməl, dil və qəlb ilə pislikdən çəkinməyə çağırırlar. Belə adamlarda üç üstün insani xislətdən istifadə edirlər. Bəziləri dil və qəlb ilə xalqı pislikdən çəkindirməyə çalışır. Bunlar iki insani xislətdən istifadə edir. Bir dəstə də yalnız qəlb yolundan istifadə etməklə kifayətlənirlər. Bu hərəkətlərin hər birinin insan üçün öz həddində əcr və mükafatı vardır”.