Arannews- Aşuraçıların baxışında həyat, təvəllüd və ölümlə xülasələnmir. İnsanın vücudunun ömrü qiyamət və əbədiyyətə çəkilir. Beləliklə hikmət sahibi o kəsdir ki, səadət barədə düşünür və əbədi nemətləri bu dünyanın müvəqqəti nemətlərindən üstün tutur. Bu səbəbdən də dinə yardımçı olmağı, onu himayət etməyi, Allahın vəlisinə itaət etməyi əbədi səadətə yetişmək üçün vasitə hesab edirlər. Şərəf, Allahın höccətini himayət etməkdədir, hətta bu yol ölümlə sonuclansa da.