Tarix : 2016 Oct 09
Kod 50427

Həbs edilən NİDA-çının şikayəti təmin edilməyib

Elgiz Qəhrəmanlının ev dustaqlığına buraxılması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Arannews- “NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının ev dustaqlığına buraxılması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
vəkil Fariz Namazlının Apaya verdiyi məlumata görə, şikayət təmin edilməyib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.
E. Qəhrəmanlıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb.


  • Yazılıb
  • da (də) 2016 Oct 09
  • Göndərən مدير سايت Aran News