Arannews- Zülmə razı olmaq, batil hakimiyyətə dözmək, alçaq insanların təcavüzünü qəbul etmək, minnətini götürmək, ləyaqətsiz insanlara təslim olmaq, kafir və facirlərə itaət etmək insanın nəfsinin zillət və xarlığından, ruhunun əskiklik və həqarətindən qaynaqlanır. Ustad Şəhid Mütəhhəri deyir: “İmam Hüseyn (ə) izzətlə ölməyi, zillətlə yaşamaqdan üstün tuturdu”. İmamın (ə) “Heyhatə minnəz-zillə” (Zillət bizdən çox uzaqdır) kəlamının çox geniş anlamı vardır. Bu kəlamlardan qiyamətə kimi hərarət və nur saçacaq, qəhrəmanlıq, kəramət, izzət və şərəf yağacaq.