Tarix : 2016 Oct 13
Kod 50432

AİP Səudiyyə Ərəbistanının Cinayətlərini Məhküm Edib

Səudiyyə Ərəbistanı Yəmən, Bəhreyn, Suriya və başqa ərəb ölkələrinin daxilinə qanlı təcavüzlər etməklə beynəlxalq qanunları ayaqlar altına atır.
Arannews- Azərbaycan İslam Partiyası Səudiyyə Ərəbistanının təyyarələrinin Yəmənin paytaxtı Sənada əza toplantısının keçirildiyibinaya endirdiyi hava zərbələri və nəticədə yüzlərlə insanın həlak olması və yaralanması ilə bağlı bəyanat verib
AİP-nın bəyanatında deyilir : 
Dünən Səud rejimi Yəmən müsəlmanlarının kütləvi qətliamına fərman verib. Ağır aviazərbələr nəticəsində çoxsaylı körpə, qadın, qoca daxil olmaqla 200 nəfərdən çox Yəmən vətəndaşı həlak olub, 600 nəfərə yaxın günahsız insan ağır yaralanıb. Yəmənin paytaxtı Səna şəhərində törədilən bu akt, Səudiyyə Ərəbistanının ilk belə qətliamı deyil.
İslama və ümumiyyətlə insanlığa sığmayan bu qətliamlarda Səud rejimi bəşəri cinayət törətməkdən çəkinmir. Qərbə və ABŞ-a nökərçilik edən Səudiyyə krallığı bu addımı ilə İslam dəyərlərinə meydan oxumaqla və dinimizin insanlığa baxışının tam əksinə əməl törətməklə himayədarları qarşısında hakimiyyətinin tənəzzülünü dayandırmaqdan, ömrünü uzatmaqdan ötrü ən qatı cinayətlərə əl atır.
Artıq bir ilə yaxındır ki, Səudiyyə Ərəbistanı Yəmən, Bəhreyn, Suriya və başqa ərəb ölkələrinin daxilinə qanlı təcavüzlər etməklə beynəlxalq qanunları ayaqlar altına atır. Öz xalqının bütün hüquqlarını əlindən alan kral rejimi milli sərvətləri talan etdirməklə ölkəni silah anbarına çevirmişdir. İndi isə Kral rejimi hakimiyyəti uğrunda qonşu ölkələrə təcavüzkarlıqla və ağır qətliamlarla mübarizə aparmaq istəyir. Sonu çatmış zülmkarların niyyəti hesab edirik ki, baş tutmayacaq və qanlı çanaqları tezliklə başlarında çatlayacaq. 
Hazırda Yəmən xalqı, təcavüzə məruz qalmış bölgələrin əhalisi humanitar fəlakət yaşayır. Bu böhranı yaradan əsas səbəblərdən biri də ölkənin blokada vəziyyətində saxlanmasıdır. İnsanlar ərzaq qıtlığı səbəbindən aclıq keçirir, yaralılara dərman preparatlarının çatışmazlığı ucbatından tibbi yardım demək olar ki, göstərilmir.
Azərbaycan İslam Partiyası dünya ictimaiyyətini Səud rejiminin törətdiyi insanlıq fəlakətinin aradan qaldırılması istiqamətində təcili tədbirlər görməsini beynəlxalq humanitar təşkilatlardan tələb etməyə çağırır. Biz, İslam və müsəlman dövlətlərinin, xalqlarının, bu dövlətlərin başında duran siyasi rəhbərlərin, özünü Məhəmməd (s) ümməti sayan hər bir müsəlmanın insan qanına susamış bu cəlladlara münasibət bildirməyini vacib əməl hesab edirik. Beynəlxalq hüquq normalarını aşan təcavüzkarlar bilməlidirlər ki, insanlığa qarşı yönəlmiş bu haqsızlıqların cavabı uzaqda deyil. 
 
Azərbaycan İslam Partiyası


  • Yazılıb
  • da (də) 2016 Oct 13
  • Göndərən مدير سايت Aran News