Gülənin sahib olduğu bütün pulları MKİ verib. O, bu pulla Türkiyədə qəzet, telekanal açdı, öz şirkətlərini qurdu. Fətullah Gülən savadsız adamdır. Ancaq MKİ bu cahil adamı - Güləni savadlı bir adam kimi təqdim edir.
Arannews- ABŞ Türkiyə hökumətini Gülənin vasitəsi ilə idarə etməyi planlaşdırırdı. Bundan başqa, ABŞ rəhbərliyi Xəzər dənizindəki təbii sərvətləri ələ keçirmək istəyir.
bu barədə FTB-nin keçmiş agenti Pol Uilyams Türkiyənin “Təqvim” qəzetinə danışıb. O, MKİ-nin Azərbaycanla bağlı planını da açıqlayıb:
“MKİ fikirləşirdi ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi ölkələri məhz Gülənin vasitəsi ilə idarə edə bilər. Buna görə də Asiyada Gülən məktəbləri tikildi. Bu məktəblərin tikintisinə MKİ maddi dəstək verirdi. Türkiyəni Gülən, Güləni də biz idarə edirdik.
Gülənin sahib olduğu bütün pulları MKİ verib. O, bu pulla Türkiyədə qəzet, telekanal açdı, öz şirkətlərini qurdu. Fətullah Gülən savadsız adamdır. Ancaq MKİ bu cahil adamı - Güləni savadlı bir adam kimi təqdim edir”.