Tarix : 2016 Oct 13
Kod 50438

Vəkil: Taleh Bağırov "kars"a salınıb

T.Bağırovu, Sahil Rzayevi və bir neçə digər dindarı cərimə kamerasına salıblar.

Arannews- Bakı İstintaq Təcridxanasında saxlanılan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun və bir neçə dindarların oktyabrın 12-də cərimə kamerasına (“kars”) salındığı bildirilir.

Bu haqda vəkillərindən Elçin Sadıqov xəbər verib.

Vəkilin deməsinə görə, T.Bağırovu, Sahil Rzayevi və bir neçə digər dindarı səhər saatlarında cərimə kamerasına salıblar. Onlar axşam saatlarınadək cərimə kamerasında saxlanılıb.

Vəkil bildirib ki, dindarların cəzalandırılması onların Aşura mərasiminə imkan verilməməsi ilə bağlı olub.

Vəkilin bildirdiklərinə, hələlik, Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən münasibət almaq mümkün olmayıb.

  • Yazılıb
  • da (də) 2016 Oct 13
  • Göndərən مدير سايت Aran News