Tarix : 2016 Oct 15
Kod 50446

"hər bir insanın etiqad azadlığı var"

bunu oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bildirib.
Arannews-  «İctimai-siyasi fəallığım, dini etiqadlı insanları müdafiə etməyim, sosial şəbəkələrdə yazılarım əsas müzakirə obyekti oldu»
bunu oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bildirib.
E.Quliyevin deməsinə görə, idarə təmsilçiləri ondan ictimai-siyasi fəallığı azaltmağı tələb ediblər.
Koordinasiya Mərkəzinin üzvü bildirib ki, dini inanclı insanları müdafiə etməsi də idarənin narazılığına səbəb olub: «Mən də dedim ki, hər bir insanın etiqad azadlığı var. Bununla bağlı dövlət adına qanun fəaliyyət göstərir. Bizlər də ictimai nəzarət funksiyasını yerinə yetiririk».
E.Quliyev deyib ki, yazılarında hakimiyyətə sərt mövqe tutması da müzakirə edilib. Hətta ona bildirilib ki, bu yazılarda cinayət tərkibi var: «Hələlik şifahi xəbərdarlıq etdilər. Fikrimcə, bu profilaktik məqsədli söhbət idi, gələcəyi isə görərik».
Oktyabrın 14-də səhər saatlarında hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin başqa bir üzvü Oqtay Gülalıyevlə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oxşar söhbət aparılmışdı.


  • Yazılıb
  • da (də) 2016 Oct 15
  • Göndərən مدير سايت Aran News