Tarix : 2016 Oct 16
Kod 50452

Bakıda dini məhsullar satan mağaza təhlükəsizlik qüvvələrin hücumuna məruz qalıb

Bakıda təhlükəsizlik qüvvələri dini məhsullar satan bir mağazaya hücum edərək mağazanın bütün mallarını müsadirə ediblər.
Arannews- Bakıda dini məhsullar satan bir mağaza Azərbaycan Respublikası təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb.
Bakıda təhlükəsizlik qüvvələri Günəşli rayonunda yerləşən dini məhsullar satan bir mağazaya hücum edərək mağazanın bütün mallarını müsadirə ediblər. 
mağazadakı dini ədəbiyyat, qadınlar üçün xüsusi islami geyimlər, eləcə də üzərində İmam Hüseynin(ə)  və Kərbəla şəhidlərinin adları yazılmış köynəklər zəbt edilib. 
Qeyd edək ki, ötən həftə də 4 nəfər dini atributlar satdıqlarına görə Azərbaycan təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı. Azərbaycanın hüquq-mühafizə qüvvələri də Sədərək bazarına hücum edərək Məhərrəm ayı münasibəti ilə, matəm bayraqları, qara köynək və İmam Hüseynin(ə) adı üzərində yazılmış tişörtlər satan mağazaların mallarını zəbt edərək, mağazaları polomp etmişdilər.

  • Yazılıb
  • da (də) 2016 Oct 16
  • Göndərən مدير سايت Aran News