Almaniya Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif etmək niyyətindədir.
Arannews- Almaniya kansleri Angela Merkel Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif etmək niyyətindədir.bu barədə Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine Sonntagszeitung” nəşri məlumat yayıb.
Məlumata görə, Merkel qeyd olunan mövzunu 20-21 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan Aİ sammitində qaldırmaq niyyətindədir.
Nəşr qeyd edir ki, Merkelin təklif edəcəyi sanksiyalar təyyarə istehsalı və müdafiə sənayesi sahələrini əhatə edəcək.