Son 30 ildə Vaşinqtondan Ankaraya göndərilən səfirlər ABŞ-ın geopolitikasında böyük rol oynayıblar.
Arannews- 15 iyuldan 5 ay əvvəl Türkiyədə çevriliş olacağı ilə bağlı məlumat yayan amerikalı jurnalist Villiyam Enqdahl ABŞ-ın bu ölkədəki səfiri Con Bassla bağlı maraqlı iddia ortaya atıb.yazar səfirlə bağlı “Biri çıxıb, çevrilişdə ABŞ səfirinin barmağı var desə heç təəccüblənmərəm “ ifadəsini işlədib.
“Vaşinqtonun xoşuna gəlməyən, siyasi və iqtisadi əməllərin bir parçası olmayan hökumətləri devirmək niyyətindədir. Önəmli ölkələrdə ABŞ səfirlərinə böyük vəzifələr tapşırılır. Son 30 ildə Vaşinqtondan Ankaraya göndərilən səfirlər ABŞ-ın geopolitikasında böyük rol oynayıblar. Eyni şey Rusiya, Ukrayna və Gürcüstan üçün də keçərlidir. Bu səfirlər mövcud hakimiyyətləri devirərək, “rəngli inqilablar”ın ilkin müəllifi olurlar”, - Enqdahl bildirib.
Qeyd edək ki, Con Bassın adı Türkiyədəki hərbi çevriliş cəhdində bir neçə dəfə hallandırılıb.