Tarix : 2016 Oct 17
Kod 50461

İran ordusu Bakıya ezam olunub

İran İslam Respublikasının ordusu Dəniz Qoşunlarının gəmi qrupu Bakı limanına ezam olunub
Arannews- Xəzəryanı ölkələrə sülh və dostluq müraciətini nəql etmək və İran İslam Respublikasının bayrağını Xəzər dənizində dalğalandırmaq məqsədilə Dəmavənd esminesi Azərbaycanda Respublikasında Bakı limanına ezam olunub.
İran Ordusu Dəniz Qoşunlarının 4-cü bölgə komandiri kontr-admiral Əfşin Rzayi Həddad bazar günü Dəmavənd esminesinin Bakı limanına ezam olunması üzrə keçirilən tədbirdə deyib: Sülh və dostluq müraciəti ilə gəmi qruplarının ezam olunması Xəzər dənizinin təhlükəsiz olduğunu və qarşılıqlı əlaqə və yaxşı qonşuluq prinsipinin ilk sözü dediyini əks etdirir. Çünki hər bir ölkə bu prinsipi arzulayır.
Admiral Rzayi Həddad Xəzəryanı 5 ölkəni bu dənizin sülh və təhlükəsizliyinin yeganə təminatçısı adlandırıb və xatırladıb: Bu müraciətin nəqli Xəzəryanı ölkələr arasında qardaşlıq, bərabərlik, sülh, həmrəylik, əməkdaşlıq və dostluğu və müştərək mənafeyi artırır.
İranlı admiral əlavə edib: İranın iqtisadi və ticarət əlaqələrində strateji əlaqələrə malik olduğu Azərbaycana Dəmavənd esminesinin ezam olunması iki ölkənin əməkdaşlıq şəraitini daha da yaxşılaşdıra bilər.


  • Yazılıb
  • da (də) 2016 Oct 17
  • Göndərən مدير سايت Aran News