Tarix : 2016 Oct 17
Kod 50462

Bakıda Gənclərin III AŞURA Forumu keçirilib

Dəyərlər Oxucular Klubunun və Gənc Əhli-Beyt (ə) sevərlər Forumunun birgə təşəbbüsü ilə təşkil edilmiş Gənclərin III Aşura Forumu bakıda baş tutub.
Arannews- 16 oktyabr 2016-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində Gənclərin III Aşura Forumu keçirilib. Dəyərlər Oxucular Klubunun və Gənc Əhli-Beyt (ə) sevərlər Forumunun birgə təşəbbüsü ilə təşkil edilmiş Gənclərin III Aşura Forumu paytaxtda baş tutub.
Gənclərin AŞURA forumu müqəddəs Qurani-Kərimin tilavəti və daha sonra Dövlət Himninin iştirakçılar tərəfindən birgə səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra forumu giriş sözü ilə açan Dəyərlər Oxucular Klubunun moderatoru R.Əliyev forum iştirakçılarını salamladı, habelə forumun qarşısına qoyduğu məqsəd və hədəflərdən danışdı.
Daha sonra Çıxış edən məruzəçi N.Mikayiloglu Dünyada Aşura mövzusunda geniş prezentasiya ilə məruzə söyləyib. Natiq dünyada Məhərrəmlik və Aşura ideallarının yaşadılmasında rolu olan gənclər təşkilatları, bu il dünyada Məhərrəmlik hazırlıqları və Aşura, Əhli-beyt (ə) hərəmlərində Məhərrəmliyin yaşadılması, həmçinin dünyanın müxtəlif bölgələrindəMəhərrəmlik əzadarlıqlarının keçirilməsinə törədilən maneələrdən danışıb.
Digər çıxışçı A.Əzizov dünyada islamofobiya mövzusunda çıxış edib. Geniş prezentasiyalarla son bir ildə dünyada islamofobiya hallarına diqqət çəkən çıxışçı, islamofobiyanın necə meydana gəlməsi ətrafında geniş açıqlamalar verib.
Növbəti çıxışçı M.Seyidov isə Əhli-Beyt (ə) hərəmləri, onların tarixi barədə geniş prezentasiya ilə çıxış edib.
Sonda forumda çıxış edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu forumla bağlı fikirlərini bölüşərək,
Gənclərin Aşura Forumunun baş tutmasını qeyd edib, səsləndirilən fikir, təşəbbüs və yanaşmalarla bağlı öz tövsiyələrini gənclərlə bölüşüb.


  • Yazılıb
  • da (də) 2016 Oct 17
  • Göndərən مدير سايت Aran News