Tarix : 2016 Oct 19
Kod 50474

Mosulun Həmdaniyyə rayonuna İraqın bayrağı sancıldı

İraq ordusuna bağlı təhlükəsizlik qüvvələri Guvər zonasından Mosul yaxınlığındakı Həmdaniyyə rayonunun mərkəzinə daxil olub.
AranNews, “PressTV”-yə istinadən xəbər verir ki, Rayon mərkəzində təhlükəsizlik qüvvələri və xadimlər arasında gərgin qarşıdurmalardan sonra, İraq əsgərləri ölkə bayrağını şəhərin hökumət binasının damında sancıblar.
Əksəriyyəti xristianların yaşadığı və Mosulun şəhər mərkəzinə təxminən 10 kilometr məsafədə yerləşən Həmdaniyyə rayonu 2 il yarım ərzində İŞİD-in işğalı altında idi.
İraqda İŞİD-ə qarşı döyüşən Süryani qüvvələrinin formalaşdırdığı Neynəva müdafiə qüvvələri də (NPU) Mosul əməliyyatına qoşularaq, şəhərin şimalındakı iki kəndi işğaldan azad etməyə nail olub.
Süryani komandirlərindən Atra Kado belə danışıb: "Hücum zamanı iki kəndi azad etdik. Döyüşə davam edəcəyik və bütün Süryani kəndlərini geri qaytaracağıq. Azad etməli olduğumuz üç kənd və qəsəbə də var".
Süryani kəndlərində nəzarəti təmin etmək məsələsində Bağdad rəhbərliyi ilə razılaşdıqlarını deyən Kado, Mosul şəhər mərkəzinə isə girməyəcəklərini vurğulayıb.
Bu arada İraq ordusu ilə Əl-Haşduş-Şabi Könüllü xalq qüvvələri Mosulun cənubundakı Bəcvaniyyə kəndini İŞİD-in işğalından azad etməyə nail olub. İraq ordusu ilə Əl-Haşduş-Şabi Könüllü xalq qüvvələri Mosulun cənubundakı Əl-Tayyibə kəndini də işğaldan azad edib.
  • Yazılıb
  • da (də) 2016 Oct 19
  • Göndərən مدير سايت Aran News