Türkiyənin İraqa yönəlik mövqeyi məsələsində nikbin olmadığını qeyd edən İraq Baş naziri Heydər əl-Abadi Türkiyə əsgərlərinin bölgədə qalmasının iki ölkənin tarixi münasibətlərinə zərər verəcəyini deyib.
AranNews-un verdiyi xəbərə görə, Bağdadda səfirlərlə görüşündə çıxış edən Abadi "Türklərin İraqa qarşı mövqeyi və xüsusilə gərginliyi artırması məsələsində nikbin deyiləm. İraqın suverenliyini pozmaları mövzusunda da irəli getməmləri üçün xəbərdarlıq edirik", - deyib.
DHA-nın "Al-Masalah"a əsasən verdiyi xəbərə görə, Abadi "Türkiyə daxili problemlərini kənara çıxarmaqda Səddam Hüseynin siyasətini mənimsəyib. Türkiyə əsgərinin İraq torpaqlarında yerləşməsinə rəsmi olaraq icazə vermədik. İraqın suverenliyinə hörmət göstərmələrini və ölkənin şimalından əsgərlərini dərhal çəkməsini tələb etdik.
Türkiyə əsgərlərinin bölgədə qalması iki ölkənin tarixi münasibətlərinə zərər vuracaq", - deyib. Bundan başqa, Baş nazir Abadi "Ərdoğan İraq kürdlərinin assimilyasiyaya məruz qaldığını deyir. Bəs, siz Türkiyə kürdlərinə hərbi və siyasi hüquqlarını verdinizmi deyə soruşuram?" - sözlərini dilə gətirib. /Eastnews.org/