Tarix : 2016 Oct 19
Kod 50477

Minlərlə iraqlı Türkiyəyə etiraz etdi: "Osmanlı işğalı sona çatdı"

İraqdakı "Sədr" hərəkatı lideri Muqtəda əs-Sədr tərəfdarları Türkiyənin Bəşiqa şəhərciyindəki hərbi varlığına etiraz edib.


AranNews
-un verdiyi xəbərə görə, Paytaxt Bağdadın Vəziriyyə ərazisindəki Türkiyənin Bağdad səfirliyi binası qarşısında toplaşan Sədr tərəfdarları Türkiyə əleyhinə şüarlar səsləndirib. İraq təhlükəsizlik qüvvələri baş verə biləcək azğınlıq və zorakılıq hadisələrinin qarşısını almaq üçün ətrafda geniş təhlükəsizlik tədbirləri görüb. Sözügedən tədbirlər çərçivəsində səfirlik binasına gedən bütün yollar dünən gecədən etibarən nəqliyyata bağlanıb.
Etirazçılar binanın önünə axtarış aparıldıqdan sonra buraxılıb. İraq bayraqları və Türkiyə əleyhinə plakatalar tutan iraqlılar "İşğalçı çölə çıx" şüarları səsləndirib.
Ərdoğanın rəsminin yer aldığı bəzi plakatalarda da "Osmanlı işğalı başa çatdı" sözləri yer alıb. Müqtəda Sədr dünən telekanallardan yayımlanan mesajda Bəşiqadakı hərbi varlığından dolayı Türkiyəyə etiraz etmək üçün Türkiyənin Bağdad səfirliyi qarşısında aksiya təşkil edilməsini istəmişdi. /Eastnews.org/
  • Yazılıb
  • da (də) 2016 Oct 19
  • Göndərən مدير سايت Aran News