bir neçə ay öncə qanunsuz şəkildə İraqa daxil olan türk əsgərləri çətin şəraitlə üzləşib.
AranNews-un verdiyi məlumata görə, Mosul şəhərinin 20 kilometrliyində yerləşən Bəşiqə hərbi bazasında yerləşən Türkiyənin ordu qüvvələri hazırda İraq ordusu və könüllü qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb.
İraq könüllü qüvvələrinin (Əl-Həşd Əl-Şəbi) sözçüsü Yusif Əl-Kilabi bununla bağlı açıqlamasında bəyan edib ki, ölkəyə qanunsuz şəkildə daxil olan Türkiyə əsgərlərinin Bəşiqə bazasında mühasirəyə almaq Mosul əməliyyat planının tərkib hissəsidir.
Ötən gün Bağdada səfər edən Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti İraq rəsmiləri ilə görüş keçirib. Onlar rəsmi Bağdaddan türk əsgərlərinin İraqdan çıxarılması üçün xüsusi dəhlizin verilməsini istəyib. Ancaq hələ ki, İraqın buna cavabı bəlli deyil. Güman edilir ki, rəsmi Bağdad Türkiyə tərəfinin İŞİD-ə qarşı aparılan Moslu əməliyyatlarında təxribat xarakterli hərəkətlərinin qarşısnı almaq üçün, şəhərin azadlığından sonra əsgərlərin çıxmasına icazə versin. /FaktXeber.com/