“Münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır”
Arannews- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin hazırda nizamlanmasının mümkün olmaması barədə ABŞ dövlət katibi Con Kerrinin bəyanatını “insafsızlıq” adlandırıb və bunu ABŞ-ın münaqişəni həll etmək istəməməsilə əlaqələndirib.
İlham Əliyev, rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində deyib ki, Münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır.