Tarix : 2016 Oct 19
Kod 50482

Qubad İbadoğlu: "qiymətlərin artmasının yeni mərhələsi başlayır"

Azərbaycanda müxtəlif məhsulların qiymətləri satış qiymətləri əhəmiyyətli dərəcədə bahalaşmaqdadır.
Arannews- Azərbaycanda, demək olar ki, əksər istehsal məhsulu və xidmətlərin qiyməti artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabrında istehlak məhsullarının və xidmətlərin qiymətləri avqust ayına nisbətən 2.3 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin uyğun dövrünə nisbətən isə 11.2 faiz bahalaşıb.
Ümumiyyətlə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymət indeksləri aşağıdakı kimidir.
2016-cı ilin yanvar-sentyabrı 2015-ci ilin yanvar-sentyabrına nisbətən, faizlə:
- Çörək məmulatları və yarmalar – 16.6
- Ət məhsulları – 5.1
- Balıq məhsulları – 12.5
- Süd məhsulları, pendir və yumurta – 11.2
- Yağ və piylər – 25.1
- Meyvələr - 9.2
- Tərəvəzlər – 2.5
- Qənd, cem, bal, şokolad və konfetlər – 18.6
- Digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları – 21.8
- Qəhvə, çay, kakao – 29.4
- Mineral sular, sərinləşdirici içkilər və şirələr – 25.2
- Tütün məmulatları – 56.7
  
İqtisadçı-ekspert Qubad İbadoğlu xəbərdarlıq edir ki, qiymətlərin artmasının yeni mərhələsi başlayır: "meyvə və tərəvəzin topdan və pərakəndə satış qiymətləri əhəmiyyətli dərəcədə bahalaşmaqdadır".
İqtisadçı əlavə edir ki, bahalaşan mallar arasında yüksək qiymət artımları özəlliklə bostan və tərəvəz məhsullarında özünü göstərir. Konkret olaraq, pomidor, xiyar, badımcan, göy lobya, kartof, kök, çuğundur, sarımsaq, eləcə də göyərti, meyvələrdən isə üzüm, armud, naringi, şaftalı da bahalanmaqdadır.


  • Yazılıb
  • da (də) 2016 Oct 19
  • Göndərən مدير سايت Aran News