Tarix : 2016 Oct 19
Kod 50483

İranın hərbi gəmiləri Bakıda

İran Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" raket gəmisi və "Covşan" kater gəmisi nümayəndə heyəti ilə Azərbaycana gedib
Arannews- İran Hərbi Dəniz Qüvvələrinə məxsus 2 hərbi gəmi Azərbaycana gedib.
"Dəmavənd" raket gəmisi və "Covşan" kater gəmisi Bakı buxtasına yan alıb. Azərbaycan hərbi orkestrinin də iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini Natiq Bağırov bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" raket gəmisi və "Covşan" kater gəmisi nümayəndə heyəti ilə Azərbaycana gəlib.
"Bu, sülh və dostluq səfəridir. Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq. 
Bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir", - deyə o bildirib.


  • Yazılıb
  • da (də) 2016 Oct 19
  • Göndərən مدير سايت Aran News