Tarix : 2016 Oct 19
Kod 50485

Rusiyanın İqtisadi İnkişaf naziri Azərbaycana səfər edəcək

Aleksey Ulyukayev Bakıda keçiriləcək VII Azərbaycan-Rusiya regional forumunda iştirak edəcək.
Arannews- Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev Azərbaycana gələcək.
Nazir köməkçisi Yelena Laşkina bildirib ki, A.Ulyukayev oktyabrın 31-də Bakıda keçiriləcək VII Azərbaycan-Rusiya regional forumunda iştirak edəcək.
Y.Laşkin deyib ki, forum çərçivəsində ikitərəfli əməkdaşlığın ticari-iqtisadi, regionlararası və sərhədyanı əməkdaşlıq məsələləri, humanitar, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq, Azərbaycan və Rusiyanın strateji qarşılıqlı fəaliyyəti müzakirə olunacaq.


  • Yazılıb
  • da (də) 2016 Oct 19
  • Göndərən مدير سايت Aran News