Tarix : 2016 Oct 19
Kod 50486

İran Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər

bunu bankın İdarə Heyətinin sədri Dmitri Pankin deyib.
Arannews- İran Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər. bunu bankın İdarə Heyətinin sədri Dmitri Pankin deyib.
Onun sözlərinə görə, potensial səhmdarlar arasında İran da var. 
Digər namizəd isə Vyetnam, Misir, Hindistan, İndoneziya, Azərbaycan, Monqolustan, Sinqapur, Tayland, Cənubi Koreya və Yaponiyadır.
2017- ci ilin sonunadək Avrasiya İqtisadi Birliyinin maliyyə sisteminin iştirakçılarının sayının artırılması ilə bağlı müvafiq icazələrin verilməsini istərdik. Böyük ehtimalla, 2018-ci ildə bütün formal prosedurları bitirə bilərik”, - deyə D.Pankin bildirib.
Onun sözlərinə görə, bankın səhmdarı olmaq istəyən namizədlər seçilərkən ticari və investisiya aktivliyi kimi amillər nəzərə alınıb.
Avrasiya İnkişaf Bankı 2006-cı ilin yanvarında Rusiya və Qazaxıstan tərəfindən təsis olunan maliyyə qurumudur. Bankın nizamnamə kapitalı 7 mlrd. dollar təşkil edir. 
Bankın səhmdarları sırasında Rusiya və Qazaxıstanla yanaşı Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan kimi ölkələr də var.


  • Yazılıb
  • da (də) 2016 Oct 19
  • Göndərən مدير سايت Aran News