Tarix : 2016 Oct 20
Kod 50488

İran-Azərbaycan ticarət ofisinin açılış mərasimi keçirilib

ofisin açılmasında məqsədin iki ölkə iş adamlarının qarşılıqlı tanışlığı, sendikatlar, ixracat şirkətləri və qurumlarının nümayəndələrinin fəaliyyətinə şərait yaratmaq, ixracatın inkişafı qarşısında duran maneələri aradan qaldırmaq və nəhayətdə iki ölkə arasında ticarət mübadilələrinin həcmini artırmaqdan ibarətdir.

Arannews- Bakıda İran və Azərbaycanın ticarət ofisi açılıb

İran İslam Respublikası və Azərbaycan Respublikası iş adamlarının təşəbbüsü ilə Bakıda İran-Azərbaycan müştərək ticarət şürasının sədri, İranın Azərbaycandakı səfiri eləcə də Ərdəbilin valisi və onu müşayiət edən heyətin iştirakı ilə İran-Azərbaycan ticarət ofisinin açılış mərasimi keçirilib.

İran -Azərbaycan müştərək ticarət şurasının sədri Behruz Süleymanpur mərasimdə etdiyi çıxışında ofisin açılmasında məqsədin iki ölkə iş adamlarının qarşılıqlı tanışlığı, sendikatlar, ixracat şirkətləri və qurumlarının nümayəndələrinin fəaliyyətinə şərait yaratmaq, ixracatın inkişafı qarşısında duran maneələri aradan qaldırmaq və nəhayətdə iki ölkə arasında ticarət mübadilələrinin həcmini artırmaqdan ibarət olduğunu bildirib.

B.Süleymanpur deyib: İran-Azərbaycan müştərək ticarət şurasının yaradılması beynəlxalq protokol əsasında İranda həyata keçirilib və ümid edirik ki, bu şura Azərbaycan respublikasında da yaxın zamanlarda yaradılacaq. Beləliklə bu iki şuranın vasitəsi ilə, iki ölkə iş adamlarının problemlərinin həlli və iqtisadi əməkdaşlıqların inkişafı uğrunda təsirli addımlar atılacaq.

 

  • Yazılıb
  • da (də) 2016 Oct 20
  • Göndərən مدير سايت Aran News