Bunu İranın sənət, mədən, ticarət nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının baş direktoru deyib.
Arannews- Cari ilin I yarısında İran Azərbaycana ixracı 126% artırıb.
Bunu İranın sənət, mədən, ticarət nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının baş direktoru Müctəba Xosrovtac deyib.
Hesabat dövründə İrandan Azərbaycana 300 milyon dollar həcmində mal ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 126% çoxdur. iki il dalbadal ticarət dövriyyəsi artır. Neftin ucuzlaşması səbəbindən Azərbaycan öz iqtisadiyyatını şaxələndirir. Azərbaycan şirkətləri yeni bazarlar axtarışındadırlar. Neftin qiymətinin enməsi ticarətin yeni sahələrinə marağı artırıb. İran şirkətləri Azərbaycanda kənd təsərrüfatı və sənaye sahələrində fəaldırlar. Bununla yanaşı, digər İran şirkətləri də Azərbaycanda bu iki sahəyə sərmayə yatırmaqda maraqlıdırlar ", - deyə o bildirib.