Suriya hökuməti Krımı Rusiyanın ayrılmaz hissəsi kimi tanıyır.
“AranNews”-un verdiyi xəbərə görə, Bu bəyanatla Suriya parlamentinin sədri Hadiyə Abbas Sputnik agentliyinə müsahibəsi zamanı bildirib.
Hadiyə Abbas xatırladıb ki, Krım öncədən Sovet İttifaqının bir parçası olub və referendumun nəticələrinə uyğun olaraq öz mənbəyinə qayıdıb.
"Onlar (Krım əhalisi) öz ölkələri ilə birləşmək qərarı veriblər. Biz Krımı Rusiyanın ayırılmaz hissəsi kimi qəbul edirik", deyə Abbas bildirib.
Qeyd edək ki, Kievdə baş verən dövlət çevrilişindən sonra 2014-cü ildə Krım əhalisi referendum keçirərək Krım və Sevastopolun Rusiyanın tərkibinə keçməyinə razılaşıb.
Rəsmi Kiev isə Krımda keçirilən referendumun nəticələrilə razı olmadığını bəyan edib. /Sputnik/