45 min hərbçinin iştirakı ilə başlanan Mosul əməliyyatı çərçivəsində 20-dən artıq kənd və qəsəbə terrorçulardan azad edilib.
“AranNews” xəbər verir ki, hazırda şəhər mərkəzini ordudan 10 kilometr məsafə ayırır.
İraq ordusunun bu uğurlu addımı İŞİD-çiləri qorxuya salıb. Təşkilatın komandirləri ailə üzvləri ilə birgə Suriyaya qaçır, sıravi terrorçular isə müxtəlif gizli yollarla şəhəri tərk edir.
Dünən isə peşmərgə hərbçiləri qadın paltarında şəhərdən çıxmağa çalışan İŞİD-çiləri yaxalayıb.
Əbu Məhəmməd adlı iraqlı “Qardian” qəzetinə açıqlamasında terrorçuların daha çox mülki əhali ilə birgə şəhəri tərk etdiyini deyib. /Axar.az/