Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının FETÖ-nü terror təşkilatı elan etdiyini açıqlayıb.
“AranNews”-un verdiyi xəbərə görə, Çavuşoğlu rəsmi “Twitter” hesabından verdiyi açıqlamada "Daşkənddə 2 gün ərzində etdiyimiz cəhdlər nəticəsində İƏT-in FETÖ-nü terror təşkilatı elan etməsi mühüm bir hadisə oldu", - deyə qeyd edib. Çavuşoğlu, həmçinin İƏT-ə bu qərarından dolayı təşəkkür edib. Qərar Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul olunub. /BBC/