Tarix : 2016 Oct 20
Kod 50497

Gürcüstanda son parlament seçkilərinə ötəri baxış

Gürcüstanda parlament seçkiləri 8 oktyabrda yerli vaxtla səhər saat 8-də başlandı. Həmin gün səsvermə bir saat zaman uzadılmasından sonra ATƏT-in beynəlxalq müşahidəçilərin nəzarəti ilə sona çatdı. Seçkilərdə 3,3 milyondan çox seçici iştirak etdiyi təxmin edilir.
AranNews- Gürcüstanda keçirilən parlament seçkilərində səslərin 99,41%-nin sayılmasından sonra hakim “Gürcü arzusu” partiyası səslərin 48,61%-ni, “Vahid Milli Hərəkat” partiyası isə 27,04%-nı topladığı açıqlanıb. Öncədən də gözlənildiyi kimi bu seçkilər rəqabətində hazırkı baş nazir Georgi Kvirikaşvilinin başçılıq etdiyi “Gürcü Arzusu” və David Bakradzenin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyaları daha çox fəallıq göstərirdi. Partiyalar çeşidi çərçivəsində siyasi mülahizələr və hakimiyyətin istiqaməti bu dəfəki seçkilərin həssaslığını daha da artırırdı.
2012-ci il 19 apreldə tanınmış gürcü milyarderi Bidzina İvanişvili tərəfindən yaradılmış “Gürcü Arzusu” Partiyası altı partiyanı özündə birləşdirir. Bu partiyalar qərb və kapitalizmə meyilli liberallar, radikal millətçilər və 2003-cü ildə sarı inqilabla hakimiyyətdən getmiş Şevardnadzenin tərəfdarlarından ibarətdir. Bu koalisiya Gürcüstanın hakim “Vahid Milli Hərəkat” partiyasını və Saakaşvilinin özünü 2012-ci ildəki parlament seçkilərində problemlə üzləşdirmişdi. Ancaq bu partiya dörd ildən sonra 2016-cil 8 oktyabrda yenidən öz gücünü bərpa etdi. O zaman Gürcüstanda islahatçı bir başçının məğlubiyyətinin səbəbi seçkilər öncəsi müxalifət qüvvələri tərəfindən dövlətin təhlükəsizlik qüvvələrinin məhbuslara əzab-əziyyət verməsi video-çarxlarının yayılması və bunun mənfi təsirləri oldu. Digər tərəfdən də iqtisadiyyat sahəsində birtərəfli siyasət, Rusiyaya qarşı sərt mövqe, millətçilərin Amerika və qərblə münasibətlərini formalaşdıra bilməmək, icra və hökumət gücünü genişləndirmək kimi məsələlər onun sevimliliyini azaltdı və o, ümumi xalqın diqqətini cəlb edə bilmədi. Diqqəti çəkən məsələ budur ki, 2012-ci il parlament seçkilərində Saakaşvilini dəstəkləyən partiya səslərin 40%-ni və İvanişvilinin partiyası isə 55%-ni qazana bildi. Bu mövzu son seçkidə çox mənalıdır. Çünki son seçki onların xalq arasında məqbulluğunun azalmasını, xalq arasında etibarını itirməsini göstərir. Hal-hazırda Ukraynanın Odessa əyalətinin qubernatoru olan və dəfələrlə Gürcüstan rəsmiləri tərəfindən vətəndaşlığının ləğv ediləcəyi ilə təhdid edilən Saakaşvili öz açıqlamasında demişdi ki, qarşıdakı seçkilərdə qalib gələcəyi surətdə bir daha Gürcüstana qayıdacaq. Halbuki, siyasi müşahidəçilərin fikrincə, onun qərblə yaxınlaşmada ifratçı siyasətini indiyə kimi Amerika və Avropa ölkələrinin onu xüsusi dəstəkləməsinin nümunəsi bilmək olmaz. Bu məsələ onların (Amerika və Avropa ölkələrinin) regional münasibətlərdəki  mövcud orta mövqedən razı olduqlarını göstərir. Digər tərəfdən də qalib hakim partiya NATO və Avropa Birliyinə qoşulmağa can atır. 
Hazırkı durumda Gürcüstanın qərb müttəfiqləri bu ölkənin öz strategiyasını möhkəmləndirə biləcəyindən arxayın olmaq istəyirlər.
Belə bir ikili prosesdə Gürcüstanın baş naziri əminlik vermək üçün seçkilərdən qabaq azad və ədalətli seçkilər keçirilməsinə söz verdi və bununla da ölkəsinin gələcəkdə demokratiyaya doğru önəmli addımlar atacağını nümayiş etdirdi. Baş nazir seçki hüququ olan vətəndaşları seçkilərdə fəal iştirak etməyə, Gürcüstanın gözəl və “avropalı” olmasına səs verməyə çağırdı.  Gürcüstanın prezidenti də səsvermədə iştirak etdikdən sorna bildirdi ki, bu günləri biz demokratiyaya doğru irəliləmək, çox partiyalı parlament təşkil etmək və Avropa ideyaları ilə qüdrətli bir ölkə qurmaq üçün buraya toplaşmışıq. “Gürcü Arzusu” partiyasının qələbəsini bildirən seçkilərin nəticələri haqqında ilkin məlumatdan sonra ölkənin digər rəsmiləri də  Gürcüstanın digər rəsmiləri də ictimai yerlərdə xalq arasına çıxaraq seçkilərin verdiyi vədlər haqqında çıxışlar etdilər.
Təhlilçilər xəbərdarlıq etmişdilər ki, bu seçkilərdə qəti qalib gələn tərəf olmayacağı təqdirdə ölkədə siyasi keşməkeş yarana bilər. Seçkilərdə gərginliyin necə ola biləcəyi haqda izah vermək elə də çətin deyil. O cümlədən Vahid Milli Hərəkat üzvünin maşınında bomba partlayışı, seçki mitinqində atışma kimi mövzular. Çünki bu hadisələrdən öncə yeni domokratiya zəminində dəyər meyarı zorakılıqdan uzaq və qanuna tabe olmaq bir mühit yaratmaq sayılırdı. Bu barədə yerli media bir neçə seçki məntəqəsində və səslərin sayılmasında yaranmış gərginliklər barədə pərakəndə xəbərlər verdilər. O cümlədən ölkənin cənubunda səsvermənin ləğv edilməsi barədə etirazların səslənməsi haqqında xəbərlər yayıldı.
Halbuki, seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra Vahid Milli Hərəkat Partiyası dövləti saxtakarlıqda ittiham etdi və mərkəzi seçki komissiyasının qarşısında aksiya keçirdi. Aksiyada partiyanın seçki mərkəzinin sədri və parlament nümayəndələrindən biri onların xeyrinə olan səslərin oğurlanmasını iddia etdilər və özlərini müdafiə edəcəklərini vurğuladılar. İndiyə kimi dövlətlə müxalif bir neçə partiya, o cümlədən Fəhlə Partiyası, Vətənpərəstlər Koalisiyası və Gürcüstan Demokratik Partiyası dövləti geniş saxtakarlıqda təqsirləndirib. Gürcüstanın baş naziri də öz tərəfdarları arasında bu mövzuya reaksiya olaraq uzun-uzadı mübarizədən sonra qazanılmış bu böyük qələbə münasibətilə ölkəsini, üzvü olduğu partiyanı və xalqın tək-tək hər birini təbrik edib.
Hər halda hər iki tərəf üçün böyük siyasi gərginlikdən sonra artıq getdikcə həyəcanlar azalır və hər iki siyasi partiya gələcək hakimiyyət bölgüsündən geniş pay götürmək üçün həll yolları seçmək ardıncadır.
Qeyd edək ki, Gürcüstanın seçki sisteminə görə parlamentdə 150 mandat hər partiyanın topladığı səsin faizi əsasında olacaqdır və bu nəticə noyabrın axırlarında elan ediləcək.

Məhəmməd Mehdi Purmünfərid

  • Yazılıb
  • da (də) 2016 Oct 20
  • Göndərən مدير سايت Aran News