İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru BMT Təhlükəsizlik Şurasının iclasında gündəlikdəki məsələlərə dair qiymətləndirmə aparıb.
“AranNews”-un verdiyi xəbərə görə, Qulaməli Xoşru BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında "Bu gün sionist rejimin vəhşicəsinə hücumları Fələstin xalqının əzab çəkməsinə və regionda təzyiqin yüksəlməsinə səbəb olub.
Bu səbəbdən indiki halda Fələstinin beynəlxalq ictimaiyyətin təcili tədbir və qayğısına ehtiyacı var. Sionist rejimi beynəlxalq hüquq, insan haqları və beynəlxalq humanitar hüquqları pozaraq, regionu qəsdən qeyri-sabitliyə yönəldir. Bu amillər Yaxın Şərq və digər ölkələrdə əmin-amanlıq və sülh üçün təhlükəlidir", - sözlərini istifadə edib. Qəzzanın qanunsuz mühasirəsinin gələcəkdə insanı faciəyə səbəb olacağını vurğulayan Xoşru regionda Suriya, İraq, Liviya və Yəmən böhranının xarici qüvvələrin qanunsuz müdaxiləsi və təcavüzü nəticəsində ortaya çıxdığını bildirərək, "Beynəlxalq ictimaiyyət regiondakı böhranın kökünü araşdırmaqdan çəkinir, xarici amillərin müdaxilə etməsi və regiondakı dövlətlərin də göstərdiyi yöndəmsiz hərəkətlər mövcud böhranları dərinləşir", - açıqlamasını da verib.
Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənə qarşı qeyri-insani hücumlarının 500 gündən çox davam etdiyini xatırladan iranlı səlahiyyətli 8 oktyabrda Səudiyyə döyüş təyyarələrinin Sənadakı dəfn mərasiminə təşkil etdiyi hücuma işarə edərək, "Bu vəhşicəsinə hərəkət onların 18 ay içərisində mülki vətəndaşları hədəfə aldığı minlərlə təcavüzdən biridir.
Koalisiya qüvvələrinin hücumları minlərlə məsum Yəmən sakininin ölümünə, yaralanması və şikəst qalmasına səbəb olub.
Təəssüf ki, BMT Təhlükəsizlik Şurası bu vəhşicəsinə cinayətləri hələ də izləməkdədir və qarşısının alınması üçün də hər hansı bir təşəbbüs göstərmir", - deyib. /Mehr/