Tarix : 2016 Oct 22
Kod 50499

ABŞ təyyarələri Kərkükdə türkmənlərə aid Aşura çadırını bombaladı

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyaya məxsus döyüş təyyarələri Kərkükdə türkmənlərə aid Aşura çadırını bombalayıb.
AranNews” xəbər verir ki, Ərbəin mərasimləri üçün məhəllədə toplaşan türkmənlərin bombardmana məruz qalması nəticəsində, ən azı 20 türkmən qadın həlak olub, yaralananların sayının 50-dən çox olduğu bildirilib. Ağır yaralalıların çox olduğu üçün həlak olanların sayının artacağı qeyd olunub.
ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyaya məxsus döyüş təyyarələri bu gün, həmçinin Kərkükün cənubundakı yeni bir futbol stadionunu hədəfə alaraq bombalayıb. Xoşbəxtlikdən həmin hücumda tələfat qeydə alınmayıb.
ABŞ koalisiyasına məxsus təyyarələrin hava hücumları bu gün İŞİD-in "yatmış hücrələrinin" Kərkük şəhər mərkəzində həyata keçirdiyi intihar hücumlarından sonra baş verib.
Kərkük şəhər mərkəzində İŞİD və İraqın təhlükəsizlik qüvvələri arasında küçə döyüşləri davam edir.
Hücumlar səbəbilə küçəyə çıxma qadağası elan edilən şəhərdə Sünni İcması məscidlərin bağlanıldığını və cümə namazı qılınmayacağını bildirib. /PressTV/
  • Yazılıb
  • da (də) 2016 Oct 22
  • Göndərən مدير سايت Aran News