Tarix : 2016 Oct 22
Kod 50501

Romada müsəlmanlar etiraz etdi

Italya müsəlmanları bu ölkədə müsəlmanlara qarşı ədalətsiz məhdudiyyətlərə özünə məxsus etiraz ediblər.

AranNews” xəbər verir ki, belə ki, müsəlmanlar cümə günü Qədim Romanın ən əzəmətli tarixi abidəsi Kolizeyin qarşısında yığışaraq camaat namazı qılıb. 
Etiraz toplantısını təşkil edənlər bildirir ki, İtalya rəsmiləri boş bəhanələrlə müsəlmanların ibadət yerlərini xüsusi ilə məscidləri bağlayırlar. 
Rəsmi statistikaya əsasən, İtalyada 800 mindən çox müsəlman yaşayır.   
Bildirilir ki, 100 min müsəlman isə qanuni sənədi olmadan bu ölkədə yaşayır. 
İtalya əhalisinin 1.5 faizini müsəlmanlar təşkil edir. /Maide.Az/
  • Yazılıb
  • da (də) 2016 Oct 22
  • Göndərən مدير سايت Aran News