İraqda BƏƏS partiyasının sabiq liderlərindən İzzət əl-Durinin qurduğu "Nəqşibəndi Ordusu" medianın gündəminə geri dönüb.
İraqda İŞİD terrorçu qruplaşmasının son hərbi mərkəzinə qarşı qarşıdurmaların başlamasından sonar BƏƏS partiyasının sabiq liderlərindən İzzət əl-Durinin qurduğu "Nəqşibəndi Ordusu" medianın gündəminə geri dönüb.
"AranNews"-un verdiyi xəbərə görə, Bəzi ekspertlər bu terrorçu qruplaşmanın İŞİD-in alternativi olaraq göstərilməyə cəhd edildiyini iddia edir. "Nəqşibəndi Ordusu" terrorçu qruplaşmasının arxasında Səudiyyə Ərəbistanının dayandığı vurğulanır. Hazırda Ramadidə və Fəllucada olduğu kimi Mosulda da inqilabın olacağı istisna edilmir.
İnqilabı İŞİD terrorçularına qarşı digər yaraqlıların edəcəyi diqqətə çatdırılır. Hələ ötən il Ramadi şəhərinə İraq ordusu daxil olan zaman bəzi media qurumlarında bölgədəki tayfaların inqilab edəcəyi barədə məlumatlar yayımlanırdı. Bundan əlavə yenə ötən il Fəlluca əməliyyatları zamanı yerli sakinlərin İraq ordusuna qarşı çıxacağı xəbərləri tirajlanırdı.
Xəbərlərdə həm də diqqətə çatdırılırdı ki, Fəlluca sakinləri İŞİD-ə qarşı ayağa qalxır. Lakin ortaya atılan iddialara baxmayaraq, "Əl-Əxbar" qəzeti bölgə sakinləri ilə reportajında deyilənlərin yalan olduğunu bir daha sübut edir. İraq təhlükəsizlik qüvvələri üzrə ekspert Hişam əl-Haşimi məsələyə münasibət bildirib. Hişam əl-Haşimi diqqətə çatdırıb ki, bu tip iddialar İraq ordusunun əsgərlərinin psixologiyasını pozmaq və ruhdan salmaq üçün deyilən yalanlardır.
Qeyd edək ki, İzzət İbrahim əl-Duri 2003-cü il ABŞ işğalına qədər İraq ordusunda İnqilab Mühafizə Şurasının sədr müavini vəzifəsini icra edib. 2006-cı ildə Səddam Hüseynin edamından sonra BƏƏS partiyasının lideridir və hələ də həbs olunmayıb. /Tasnim/