Tarix : 2016 Oct 22
Kod 50504

İranın 11 Şirkətİ Bakı İnşaat Sərgisində İştirak Edib

İran pavilyonlarına baxış keçirənlər İran mallarının keyfiyyəti və tərkibindəki materialldan razı qaldıqlarını bildirir, İran mallarının Avropa malları ilə rəqabət gücündə olduğunu qeyd edirlər.
Arannews- Bakıda keçirilən beynəlxalq inşaat sərgisində nümayiş etdirilən İran tikinti materialları baxış keçirənlər tərəfindən rəğbətlə qarşılanıb.
26 ölkədən 298 istehsalçı şirkətin iştirakı ilə keçirilən Bakı inşaat sərgisində İrandan da 11 şirkət tikinti sahəsində öz məhsullarını nümayiş etdirirlər.
Sement, beton, mətbəx ləvazimatları, metal varaqlar, kran növləri, elektrik şəbəkə ləvazimatları və su boruları İranın sərgidə nümayiş etdirdiyi məhsullar sırasındadır. 
İran pavilyonlarına baxış keçirənlər İran mallarının keyfiyyəti və tərkibindəki materialldan razı qaldıqlarını bildirir, İran mallarının Avropa malları ilə rəqabət gücündə olduğunu qeyd edirlər.

  • Yazılıb
  • da (də) 2016 Oct 22
  • Göndərən مدير سايت Aran News