Tarix : 2016 Oct 22
Kod 50505

Azərbaycanda 5 Dindar Həbs Edilib

Tural Allahverdiyev, Elşən Məhərrəmov, Seyid Nəsib, İlyasa və Qiyas adlı dindarlar həbs edilib.
Arannews- Ağcabədidə bir neçə gündür Cümə Məscidində azanın səsgücləndirici ilə verilməsinə maneə törədilir.
Azanın yenidən səsgücləndirmə avadanlığı ilə verilməsinə görə 10-dan çox dindar polis bölməsinə aparılıb. Lakin bir müddətdən sonra saxlanılanlardan 3 nəfəri məhkəyəmə göndərilib. Digərləri isə sərbəst buraxılıb. Məhkəmə saxlanılan Seyid Nəsib və İlyasa 20 sutka, Qiyas adlı şəxsə isə 30 sutka həbs cəzası verib.
Bir ayrı məlumata görə, Tural Allahverdiyev və Elşən Məhərrəmov adlı gənc dindarların məhkəmə iclası keçirilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onlara 10 sutka həbs cəzası verilib.
Yaxınları bildirir ki, yardım məqsədi ilə pul yığıb fırıldaqçılıqla məşğul olan şəxsləri ifşa etməyə çalışan Tural və Elşən, elə həmin şəxslər tərəfindən şikayət edilərək saxlanılıblar.
Gənclər Binəqədi Müvəqqəti Saxlanma təcridxanasındadır.
Məlumat üçün qeyd edək ki, Tural Divanə ləqəbi ilə tanınmış Tural Allahverdiyev və Elşən Fədai ləqəbi ilə tanınmış Elşən Məhərrəmov dini şerlər və qəzəllər yazmaqla yanaşı, islamçı məhbuslara həsr etdikləri bir neçə şeir, o cümlədən mahnılar oxuyublar.


  • Yazılıb
  • da (də) 2016 Oct 22
  • Göndərən مدير سايت Aran News