Tarix : 2016 Oct 22
Kod 50508

AZƏRİ EKSPERT: "əgər cəbhədə vəziyyət qarışarsa, ermənilər uduzacaqlar"

İlqar Vəlizadə: "bütün hallarda müharibənin sonu yoxdur və əgər cəbhədə vəziyyət qarışarsa, ermənilər uduzacaqlar"
Arannews- Azərbaycan yaranmış hazırkı sakit şəraitdə erməniləri konkret məsələlərin konstruktiv müzakirəsinə çağırır.
Bunu politoloq İlqar Vəlizadə deyib. 
Ekspert bildirib ki, bütün hallarda müharibənin sonu yoxdur və əgər cəbhədə vəziyyət qarışarsa, ermənilər uduzacaqlar:
 “Dəfələrlə Dağlıq Qarabağa yüksək status verməyə hazır olduğumuzu bəyan etsək də, bu, sadəcə, danışıqlar predmeti olub. Status məsələsi mərhələli plan çərçivəsində həllini tapmalıdır. İlk növbədə bunun üçün lazımı şərait yaradılmalıdır. Bu isə Ermənistan qoşunlarının torpaqlarımızdan çıxarılması və azərbaycanlı qaçqınların geri qayıtmasından ibarətdir. Proses əsnasında həm qaçqınların, həm də ermənilərin təhlükəsizliyi təmin edilməlidir. Dağlıq Qarabağa muxtar status yalnız bu halda verilə bilər. Dünyada hansısa bir ölkənin tərkibində fəaliyyət göstərən və fəaliyyəti həmin dövlətin konstitusiyası ilə tənzimlənən müxtəlif muxtariyyətlər var. Hətta belə qurumların gerbi, bayraqları və paytaxtları da olur. Yəni bu, Dağlıq Qarabağa da həvalə oluna bilər. Lakin status məsələsi erməni və Azərbaycan icması ilə bir yerdə müəyyənləşdirilməlidir. Çünki Dağlıq Qarabağda azərbaycanlılar da yaşayacaq. Hətta siyasi məsələlər üzrə icmalar arası dialoqun olması çox vacibdir. Çünki məhz bu dialoqda bir sıra siyasi məsələlər öz əksini tapacaq. Bu yoldan hər iki tərəf qazana bilər. Ona görə də Azərbaycan yaranmış hazırkı sakit şəraitdə erməniləri konkret məsələlərin konstruktiv müzakirəsinə çağırır. Əks təqdirdə müharibənin sonu yoxdur”.


  • Yazılıb
  • da (də) 2016 Oct 22
  • Göndərən مدير سايت Aran News