Tarix : 2016 Oct 23
Kod 50510

İŞİD-in Kərkük hücumunun pərdəarxası – Eksklüziv

İŞİD terorçuları İraqın şimalında yerləşən Kərkük vilayətinin eyni adlı şəhərinə hücum edib.
AranNews”-un verdiyi xəbərə görə, Bununla əlaqədar "Eastnews.org" portalı İraq türkmanları ilə əlaqə saxlayaraq şəhərdə olan son məlumatları oxucularımızın nəzərinə çatdırır. 
Yerli mənbələrin verdiyi məlumata əsasən, şəhərdə vəziyyət İraq vaxtilə saat 04:00-dan səhər 09:00-dək sakit olub. Lakin daha sonra yenidən İŞİD terrorçuları ilə toqquşmalar baş verib. Yerli hökumət şəhərdə 40-50 terrorçunun olduğunu bildirsə də, aldığımız məlumata əsasən Kərkükdə terrorçuların sayı 100 nəfərdən çoxdur.  
Maraqlı məqamlardan biri də İŞİD terrorçularının şəhər ərazisinə necə daxil olmasıdır. Terrorçular şəhərə daxil olandan sonra ən çox türkmanların yaşadığı kvartallara hücum edib və qətliam törədib. 
Mənbəmizin verdiyi məlumata əsasən bəzi kürd qüvvələr İŞİD terrorçularına məqsədyönlü olaraq şəhərə daxil olmasına şərait yaradıb. Əsas məqsədin isə Kərkük şəhərində İŞİD-lə mübarizə bəhanəsilə Süleymaniyyə və Ərbil şəhərlərindən kürd qüvvələrinin gətirilməsi və gələcəkdə Kərkükdə kürdlərin nəzarətinin gücləndirilməsi olduğu bildirilib. Lakin, İŞİD Kərkükə hücum edəndən sonra İraq könüllüləri olan “Həşd Şabi”nin türkman briqadaları və Tuz-Hurmatu gəncləri özlərini Kərkükə çatdıraraq terroçulara qarşı əməliyyatlara başlayıb.  
Hazırda türkman qüvvələri şəhərdə vəziyyətə nəzarət edir, şəhərdə vəziyyətin 90%-nin nəzarət altına alındığı bildirilir. Görünən budur ki, peşmərgə qüvvələrini Kərkükə İŞİD bəhanəsilə gətirmək istəyənlərin planları baş tutmadı.  
Bu arada xatırladaq ki, Kərkük vilayət valisi kürd əsilli İraq vətəndaşıdır. 
  • Yazılıb
  • da (də) 2016 Oct 23
  • Göndərən مدير سايت Aran News