Ayətullah Sistaninin nümayəndəsi olan Şeyx Əbdülmehdi Kərbəlayi cümə günü Kərbəlada etdiyi çıxış zamanı Mosul şəhərindəki mülki şəxslərdən danışıb.
İslam dünyasının nüfuzlu alimlərindən olan Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi olan Şeyx Əbdülmehdi Kərbəlayi cümə günü Kərbəlada etdiyi çıxış zamanı Mosul şəhərindəki mülki şəxslərdən danışıb.
“AranNews”-un verdiyi xəbərə görə, Şeyx Əbdülmehdi Kərbəlayi mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Nümayəndə bundan əlavə bildirib ki, təhlükəsizlik qüvvələri Mosul döyüşlərində ələ keçənlərə qarşı insan haqları çərçivəsində rəftar etməlidir.
Ayətullah Sistaninin nümayəndəsi Mosul əməliyyatı zamanı uğur qazanan döyüşçülərə də təşəkkür edib. /Türk mediası/