Tarix : 2016 Oct 23
Kod 50513

Britaniyada ən böyük İslam sənayesi sərgisi keçiriləcək

Dünyanın bir neçə böyük şirkəti İngiltərənin Mançestr şəhərindən İslam məhsullarının sərgisini təşkil edəcəklər.
AranNews” xəbər verir ki, sərginin təşkilatçılarının verdiyi məlumata görə, gələn həftənin şənbə və bazar günləri İslam sənaye sərgisi Mançestr şəhərində öz fəsaliyyətinə başlayacaq.
Sərgidə dünyanın müxtəlif ölkələrindən o cümlədən ABŞ, Almaniya, Avstraliya, Avstriya, Malayziya, İndoneziya, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən 10 minlərə insan iştirak etməsi gözlənilir.
2014-cü ildə müsəlman bazarlarının gəliri 1.8 trilyon dollar olub. Bu rəqəmin 2020-ci ildə 2.6 trilyon dollara çatması gözlənilir. 
Sərginin keçirilməsindən məqsəd İslami həyat tərzi və dəyərlərini müasir üslüblardan istifadə etməklə insanlara çatdırmaqdır. /Maide.Az/
  • Yazılıb
  • da (də) 2016 Oct 23
  • Göndərən مدير سايت Aran News