Tarix : 2016 Oct 23
Kod 50514

İraq prezidenti: "İrana təşəkkür edirik"

İraq prezidenti Fuad Məsum terrorçularla mübarizə üçün İraqa dəstək verən İran İslam Respublikasına təşəkkür edib.
AranNews”-un verdiyi xəbərə görə, Jurnalistlərə açıqlama verən Fuad Məsum bunları deyib: "Terrorçuların təhlükəsini hiss edən və bizə dəstək verən tək ölkə İran idi. İran İslam Respublikasının mövqeyini, bizə verdiyi hərbi, strateji dəstəyi heç vaxt unutmayacağıq".
Mosul əməliyyatlarından da danışan Fuad Məsum, İŞİD-dən sonrakı dövr üçün də çalışmağın zəruri olduğunu diqqətə çatdırıb. "Mosul əməliyyatlarına başlamışıq. Amma İŞİD-dən sonrakı dövrü də düşünməliyik.
Ümid edirik ki, İŞİD tərəfindən dağıdılan bölgələrin yenidən qurmasında İran bizə yardım edəcək", deyə Fuad Məsum vurğulayıb. /7sabah.com.tr/
  • Yazılıb
  • da (də) 2016 Oct 23
  • Göndərən مدير سايت Aran News