İraqın baş naziri Heydər əl-Əbadi Türkiyənin Mosulun azad edilməsində iştirak etmək istəyinin kömək yox, nüfuz əldə etmək olduğunu bildirib.
Bağdadda keçirilən IX Beynəlxalq İslam Oyanışı Ali Şurasının iclasında çıxış edən İraqın baş naziri Heydər əl-Əbadi Türkiyənin Mosulun azad edilməsində iştirak etmək istəyinin kömək yox, nüfuz əldə etmək olduğunu bildirib.
“AranNews”-un verdiyi xəbərə görə, O deyib ki, Türkiyə İŞİD İraqa daxil olanda bizə heç bir yardım etmədi. Baxmayaraq ki, biz Türkiyədən yardım istəmişdik. Onlara sual verirəm: İŞİD əhli-sünnət balalarını öldürüb, qadınlarını əsir edəndə harada idiz? İndi terrorizmi məhv etməyin son mərhələsində əhli-sünnət nigarançılığı səsini qaldırırsız.
İŞİD-in birdən-birə əmələ gəlmədiyini deyən baş nazir, onların bəzi qüvvələr tərəfindən silahlandırıldığını, hərbi təlim aldığını və həmçinin maliyyə dəstəyi aldığını bildirib. /Maide.Az/