Türkiyə hücum xarakterli xarici siyasət seçməklə region daxili rəqabətlərin qızışmasında az-çox bir tərəfdən Ankara və bir sıra regional güclərinin, digər tərəfdən də regionun digər oyunçularının arasında qalmışdır.
Türkiyənin regional hadisələrdə militarizm siyasətinə baxış
Həmid Xoşayənd
Türkiyə hücum xarakterli xarici siyasət seçməklə region daxili rəqabətlərin qızışmasında az-çox bir tərəfdən Ankara və bir sıra regional güclərinin, digər tərəfdən də regionun digər oyunçularının arasında qalmışdır.
AranNews – Öz həddindən artıq aktivlik göstərməyə cəhd edən və regional xarici siyasətində hücum davranışına əsaslanmış Ədalət və İnkişaf Partiyası son illərdə və qərb siyasətinin nəticəsində formalaşmış Suriyada böhranın başlanması ilə eyni zamanda regional balansda, xüsusən də Suriya hadisələri qarşısında xüsusi yanaşma mövqei tutmuşdur. Belə ki, Türkiyə hücum xarakterli xarici siyasət seçməklə region daxili rəqabətlərin qızışmasında az-çox bir tərəfdən Ankara və bir sıra regional güclərinin, digər tərəfdən də regionun digər oyunçularının arasında qalmışdır. Hətta, bu ölkədə hərbi çevrilişə cəhd hadisəsindən sorna təhlilçilərin Türkiyənin xarici siyasətində, əsasən də Suriya məsələsi qarşısında hücum siyasətinin azalacaq kimi düşündükləri özünü doğrultmadı və Türkiyənin Suriya böhranına yanaşmasını lazımı həddə dəyişdirə bilmədi. Necə ki, bəzi mövzularda o cümlədən Türkiyə ordusunun Suriyanın şimal ərazilərinə girməsi məsələsində bu ölkənin xarici siyasətində hücum davranışının şiddətləndiyi də görünür.
Türkiyənin regionda belə bir xarici siyasət həyata keçirməsində bir çox fərziyyələr vardır. Lakin hamısından artıq diqqət etməli məsələ budur ki, Türkiyə başçılarının, xüsusilə də Rəcəb Təyyib Ərdoğanın regional və beynəlxalq hadisələrin mahiyyətindən aldıqları nəticə bu prosesdə önəmli rol oynayır. Belə izah etmək olar ki, Türkiyə (onların düşüncəsinə görə) bu ölkə üçün çoxlu sayda maraqları olacaq fövqəladə dəyişikliklər qatarından geri qalmamalı və bundan istifadə edərək regionda öz güclərini artırmalı, əsaslı rol oynamalıdır. Ona görə də AKP bu fikirlə məntəqədə yaranmış böhrandan lazımınca faydalanaraq Türkiyənin gələcək maraqlarını təmin etmək istəyir. Bunun da yolunu məntəqə hadisələri qarşısında yalnız “xarici hücum” və “militarizm” yanaşmasında görür. Ancaq bu yanaşma regionda böhranın bitməsinə kömək etmir, üstəlik, müxtəlif zamanlarda Qərbi Asiyada təhlükəsizlik münaqişələrinin daha da qızışmasına səbəb olur.
Türkiyənin region ölkələri qarşısında hücum xarakterli xarici siyasət seçməsinin digər bir mühüm səbəbi AKP-nin xarici siyasət sahəsində reallıqdan uzaq məqsədlərə çatmaq istəməsidir. Bu zəminədə üç əsas məqsəd vardır ki, onların da hər biri öz kataqoriyasında çoxlu sayda hədəflərə yer verir. Həmin məqsədləri aşağıdakı kimi izah etmək olar:
Açıq-aşkar görünən ilk məqsəd Türkiyənin maraqlarını təmin etmək yönümündə olan “regional səviyyədə təsir qoymaq”dır. Başqa sözlə, Türkiyə ümumilikdə dünya miqyasılı işğalçı deyil, ancaq inkişaf etməkdə olan iqtisadi və hərbi gücünə arxalanmaqla xarici hücum xarakterli həll yolu seçməsi istər-istəməz qonşuları və ənənəvi şərikləri ilə gərginlik yaşamağa səbəb olmuşdur. Bu da qonşu ölkələrin daxili və xarici siyasətləri prosesinə və prespektivlərinə təsir qoymasının ardınca yaranır. Bir nümunə olaraq deyə bilərik ki, Türkiyə ordusunun Surayanın şimal bölgələrinə girməsi, habelə İraqda hərbi iştiraka təkid etməsi qeyd olunan çərçivədədir.
İslam dünyasına rəhbərlik və regionda əsas ölkəyə çevrilməsi iddiası, bunun ardınca Şimali Afrikadan Qara dəniz və Xəzər dənizinə qədər nüfuzunu genişləndirmək ardınca olması, AKP-nin regionda xarici hücum siyasəti seçməsinin digər bir səbəbidir. Bu hədəfi izləmək Türkiyə dövlətini Rusiya, İran və İraq kimi qonşu ölkələrlə qarşılaşdırır.
Regional böhran doğuran hadisələrin nəticələrinin ölkəyə girməsinin qarşısını almaq üçün şimal bölgəsində başdan-başa təhlükəsizlik kəməri yaratmaq, Türkiyənin militarizm siyasəti tutmasının və onu həyata keçirmək istəməsinin başqa bir səbəbidir.
Qeyd olunan məqsədlərdə əlavə, bu arada digər məqsədlər də vardır ki, bizim məqaləmizin mövzusundan qıraq olduğu üçün onlara toxunmuruq.
Hücum xarakterli raalizm nəzəriyyəsinə diqqət etməklə demək olar ki, Türkiyə Qərbi Asiya və Şimali Afrika böhranını ümumi şəkildə, Suriya və İraq böhranını isə xüsusi şəkildə regionda öz gücünü bərkitmək, digər ölkələrin siyasətinə təsir etmək, yeni geopolitika yaranması, qərbin ona inanması və əməkdaşlıq etməsi üçün yaranmış bir fürsət hesab edir. Ona görə də hücum hərəkətləri ilə regionda böhranı gücləndirmək və Suriyada dövləti dəyişmək əzmindədir.
Bununla belə sonda vurğulamaq olar ki, son aylarda regonal dəyişikliklər sahəsində özünü göstərməkdə olan mövcud reallıqlar regional güc tarazlıqlarının (Türkiyənin bir fürsət kimi baxdığı Suriya və İraqda) məğlub olmasından, Amerika, qərb ölkələri, irticaçı ərəb rejimlərinin beynəlxalq və regional qumarlarının nakamlıqla üzləşməsindən xəbər verir. Bu məsələ sübut edir ki, Suriya, İraq və onların müttəfiqlərinin regionda rolu artmışdır. Artıq balansların müqaviməti dəyişmiş, Suriyada dövləti devirmək, İraq və Suriyanı parçalamaq kimi planlar işdən düşmüşdür. Ona görə də Türkiyə rəsmiləri ağıllı olmalı və reallığı qəbul edərək regional hadisələr qarşısında öz militarizm siyasətlərindən əl götürməlidirlər ki, Türkiyənin mövqeinin bundan artıq zəifləməsinə gətirib çıxarmasın və Türkiyə dövləti regional səviyyədə, Suriya və İraq qarşısında reallığa uyğun olaraq hərəkət etsin.