Ukrayna və Polşa birlikdə İkinci Dünya müharibəsinin baş verməsində almaniya və SSRİ-ni günahlandıran birgə bəyanat qəbul edib.
Arannews- Ukrayna və Polşa İkinci Dünya müharibəsində almaniya və SSRİ-ni ittiham edən birgə bəyanat imzalayıb.
Ukrayna parlamenti, Polşa hökuməti ilə birlikdə İkinci Dünya müharibəsinin baş verməsində almaniya və SSRİ-ni günahlandıran birgə bəyanat qəbul edib.
Birlikdə hazırlanan İkinci Dünya Müharibəsi ilə bağlı "Xatirə və Həmrəylik Xartiyası" oktyabrın 20-si cümə günü qəbul edilib.
Bununla bağlı məlumat Ukrayna parlamemtinin internet saytında dərc olunub. Qərar məclisdə olan 328 deputatdan 243-nün səsi ilə təsdiqlənib.
bəyannamə Ukrayna, Polşa və Litva parlamentlərinin qəbul etməsi gözlənilirdi. Ancaq Litvada parlament yeni formalaşmağa başladığı üçün bu ölkə siyahıdan çıxarılıb.
Bəyannamədə, Polşa və Ukrayna xalqlarının öz azadlıq və müstəqilliklərinin qorunması üçün çoxlu qurbanlar verdiyindən bəhs edilir.
Bəyannamədə qeyd olunur ki, Ukrayna və Polşa xalqı, İkinci Dünya Müharibəsi zamanı zorakılığa məruz qalmış milyonlarla qurbanların xatirəsini yad edir və müstəqilliyimizi məhv etməyə çalışan yadelli işğalçıları qınayırıq.
Birgə bəyannamədə İkinci Dünya Müharibəsinin baş verməsində günahkar olan Almaniya və Sovet İttifaqı tənqid olunur.