Arannews- İran və Naxçıvan arasındakı əlaqələr və ikitərəfli əməkdaşlığlar yüksək səviyədədir.bu fikri İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım mətbuata açıqlamasında deyib.
Mənsur Ayrım bildirib ki, İran ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir.
Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu bildirib. O əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək.