Siyasi quruluş növü baxımından da yenə Bəhreyn və Azərbaycan arasında oxşarlıqlar nəzərə çarpır. Hər iki ölkədə hökumət demək olar ki, varislik və sülalə quruluşundadır, hökumət başçıları avtoritarizm və totalitarizmlə ölkənin bütün siyasi müqəddəratını öz əllərində cilovlamaq, ona hakim kəsilmək istəyirlər
keyhan qəzeti-Bu günləri müsəlman ölkələrin və cəmiyyətlərin çoxu saysız-hesabsız problemlərlə əlbəyaxa olmuş və yeni hadisələrin doğmasının astanasındadır. Bu arada diqqəti çəkən məsələ İslam ölkələrinin oxşar siyasi, ictimai, mədəni, dini şərait və məsələləridir. Bu ölkələr arasında Bəhreyn və Azərbaycanın müxtəlif cəhətlərdən bir-birinə daha çox oxşarlığı vardır. Çox güman ki, gələcəkdə eyni aqibət onları gözləyir. Bu iki ölkə arasında oxşarlığı bir neçə sahədə görmək olar.
Cəmiyyətin məzhəbi tərkib və xüsusiyyətlərinə diqqət etsək görərik ki, Azərbaycan və Bəhreyn arasında cəmiyyət baxımından çox oxşarlıq mövcuddur. Hər iki ölkənin əhalisinin çoxunu şiələr təşkil edir və hər iki ölkədə də şiələr bərk təzyiqlərlə üzləşmiş, əsas azadlıqları əllərindən alınmış, fərqliliklə qarşılaşmış, dini fəaliyyətlərinə yasaqlar qoyulmuş, ictimai-siyasi repressiyalara məruz qalmış, insan hüquqları və vətəndaşlıq hüquqlarına əllərindən alınmış və hər gün onların hüquqları hakimiyyət tərəfindən tapdalanmaqdadır. Nümunə olaraq Azərbaycan və Bəhreyn dövlətlərinin öz haqlarını dinc yollarla tələb edən dindar, ruhani və din alimləri əsassız ittihamlarla həbs etmələrini və onlarla pis rəftar etmələrini və işgəncə etmələrini göstərmək olar. Son illərdə bu məsələ daha genişlənmiş, təzyiq, həbs və işgəncələr artmışdır.
Siyasi quruluş növü baxımından da yenə Bəhreyn və Azərbaycan arasında oxşarlıqlar nəzərə çarpır. Hər iki ölkədə hökumət demək olar ki, varislik və sülalə quruluşundadır, hökumət başçıları avtoritarizm və totalitarizmlə ölkənin bütün siyasi müqəddəratını öz əllərində cilovlamaq, ona hakim kəsilmək istəyirlər. Azərbaycan hökumətinin son günlərdə qeyri-demokratik hərəkət edərək ölkənin konstitusiyasında düzəlişlər etmək üçün referendum keçirməsi göstərdi ki, bu ölkənin konstitusiyası bir ailənin konstitusiyası həddinə enmişdir. Şübhəsiz, yaxın gələcəkdə Azərbaycan elitası belə bir konstitusiyanı ümumi etirazlar üçün daha çox işıqlandıracaq, dövlətə qarşı narazılıq yaranacaq və bu məsələ hakimiyyət üçün problemə çevriləcək. Son günlərdə siyasi-ictimai fəalların, islami və digər müxalifət partiyalarının ümumi etirazları bu narazılığın yalnız kiçik bir hissəsini nümayiş etdirdi. Sözsüz, gələcəkdə daha çox hərəkət və etirazların şahidi olacağıq.
Azərbaycan və Bəhreyn hökumətləri arasında üçüncü oxşarlıq onların çoxluq təşkil edən cəmiyyətlə rəftarı və onların qanuni hüquqlar ilə qarşılaşma metodudur. Ali-Xəlifə güc qüvvələrinə və Səudiyyə Ərəbistanı rejiminin köməyi ilə Bəhreyn şiələrini əzdiyi kimi Azərbaycan hökuməti də müxtəlif növ hərbi və təhlükəsizlik vasitələrini işə salmaqla çoxluqda olan cəmiyyətin öz dini haqlarını tələb etmələrini boğur, şiələrə bərk təzyiqlər göstərir. Aydındır ki, belə zorakı və repressiv hərəkətlər uzun müddət uğurlu ola bilməz və Azərbaycan xalqının dini kimliyini onlardan ala bilməz (Həbsdə olan islamçı rəhbərlərdən birinin hər zaman şəhadətə hazır olmasını bildirməsi hədə-qorxu və repressiya siyasətinin məğlubiyyətini göstərən aydın sübutdur). Göründüyü kimi Bəhreyndə zorakı və repressiv vasitələrdən istifadə etmək fayda vermədi. Üstəlik, ölkədə problemlər pik həddə çatdı, ölkə böhranla üzləşdi, etiraz aksiyaları hər yeri bürüdü.
Azərbaycanla müqayisədə demək olar ki, Bəhreyndə durum sözün həqiqi mənasında böhranla üzləşmiş, Ali-Xəlifə rejimi hökumət əleyhinə xalq qiyamının bir addımlığındadır. Diqqət etməli önəmli məsələ budur ki, Azərbaycan dövlətinin islamofibiya hərəkətlərinin artması və sərtləşməsi, dini fəaliyyətlər, mərasimlər, xüsusilə də bu ilin Məhərrəm ayının mərasimlərinə qarşı hökumət rəsmiləri tərəfindən sərt qadağalar dövlətin qeyri-demokratik hərəkəti (26 sentyabrda konstitusiyaya dəyişikliklər etmək üçün referendum keçirmək kimi) ilə yanaşı onun aşkar səhvləridir. Belə hərəkətlər ölkəni nəzarət edilməsi mümükün olmayan bir böhranla üzləşdirə bilər. Aydındır ki, belə olan surətdə Azərbaycan hökuməti Ali-Xəlifə rejimi kimi ölkənin idarə edilməsində daha çox problemlərlərə üzləşəcək. Hal-hazırda dövlət əlverişsiz iqtisadi durum və qərbyönümlü partiya və qrupların ictimai etirazları ilə qarşılaşmışdır.
Bəhreyn və Azərbaycan ölkələrinin bir tərəfdən oxşar siyasi, ictimai və mədəni durumlarına diqqət etməklə belə bir sual ortaya çıxır ki, Azərbaycan başqa bir Bəhreynə çevriləcəkmi?
səməd həsənzadə