Tarix : 2016 Oct 23
Kod 50522

Məhərrəm, Azərbaycan xalqının dindarlıq cilvəsidir

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bu ölkədə sekülar quruluşun hakim olmasına baxmayaraq xalqın rəftarında dindarlıq cilvəsi nəzərə çarpacaq həddə özünü nümayiş etdirir.

AranNews – Azərbaycan xalqının dini mərasimlər keçirməsinin qədim tarixi vardır. Bu ölkə müstəqillik dövründən qabaq kommunistlərin dönəmində də müxtəlif yollarla özlərinin Əhli-Beytə (ə) olan sevgisini nümayiş etdirirdi. Təzyiq və yasaqlar onların əqidəsinə xələl gətirə bilmirdi. Bu haqda çoxlu nümunələr mövcuddur.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bu ölkədə sekülar quruluşun hakim olmasına baxmayaraq xalqın rəftarında dindarlıq cilvəsi nəzərə çarpacaq həddə özünü nümayiş etdirir. Dini mərasimlər və təzahürlər xalqın ciddi tələblərindən sayılır. Araşdırmalar göstərir ki, hər il bu dini mərasimlərin təşkili öz əzəmətini artırmaqdadır.

Bu arada Məhərrəm ayının Tasua və Aşura günlərində şəhidlər sərvəri Əba Əbdillah Hüseynin (ə) və onun vəfalı səhabələrinin xatirəsinin yad edilməsinin Azərbaycan dindarları arasında xüsusi yeri vardır. Şəhər və kəndlərdə məscid, ziyarətgah, küçə və meydanların Tasua və Aşura mərasimlərində iştirak etmək üçün toplaşmış cəmiyyətlə dolu olması İran kimi ölkələri xatırladır. Qərbin öz mədəniyyətini yaymaq üçün müxtəlif yollardan, pozğun sosial şəbəkə və kanallardan istifadə edərək Azərbaycan gənclərini özünə cəzb etmək istəməsinə diqqət etməklə bu ölkənin Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərində gənc nəslin Kərbəla müsibətlərinə öz hislərini bildirmələri, onların Əhli-Beytə (ə) bərk sevgi duyğularını və İslam mədəniyyətinə üstünlük vermələrini göstərir.

Hər il Azərbaycanın məscid və prospektləri Tasua və Aşura günlərində dövlətin bərk məhdudiyyət və yasaqlarına baxmayaraq Əba Əbdilah Hüseyn (ə) eşqi ilə heç nədən qorxmadan əzadarlıq edən qadın və kişilərin iştirakına şahid olur. Bu mövzu “Hər gün Aşura və hər yer Kərbəla” şüarının bütün zamanlarda və hər yerdə bərpasını göstərir. Dünyada haqq və batil, məzlum və zalım olduqca bu şüar da olacaq və unudulmayacaq.

Bənzərsiz cilvələrdən biri də Məşədi Dadaş məscidində keçirilən mərasimdə əhalinin iştirakı idi. Bu toplantı Aşura günü öz yüksək həddinə çatmışdı. Belə ki, məscidin ətrafındakı küçələrdə də elə izdiham yaranmışdı ki, necə deyərlər, iynə atsaydın yerə düşməzdi. Bu izdiham məsciddən yüzlərlə metr uzanırdı və məscidə gediş-gəliş mümkün deyildi. Burada insanlar əzadarlıq etməklə Kərbəla şəhidlərinə sevgilərini nümayiş etdirirdilər.

Nümunə olan digər bir müqəddəs məkan Həzrət Zəhra (s.ə) məscidi idi. Bütün dini münasibətlər və mərasimlərdə olduğu kimi bu dəfə də Aşura gününün əzadarlıq mərasimi bu məsciddə xüsusi möhtəşəmliklə keçirildi. Bərdə şəhəri bu qafilədən kənarda qalmadı və əhali bu şəhərin xiyabanlarında vəsfedilməz sevgi ilə Aşura mərasimində iştirak etdi və göstərdi ki, Hüseynin (ə) bütün xalqların ürəyində yeri vardır. Azərbaycanın digər bölgələri də həmin əhval-ruhiyyədə idi. O cümldən Astara, Lənkəran, Masallı və s.

Sözün qısası, düşmənin Azərbaycanın qeyrətli və aşuraçı xalqını İslamdan uzaqlaşdırmaq, onları dünyanın maddi və puç simaları ilə aldatmaq, ölkənin gənclərini tənəzzülə çəkmək üçün min bir plan cızıb, hiylə işlətməsinə, sərmayə qoymasına baxmayaraq Hüseyn (ə) sevgisi onların ürəyini alovlandırıb və onları bu əminliyə çatdırıb ki, insani kamal və səadət yolu yalnız Hüseynin (ə) yolunu getməkdə, Aşura qiyamına diqqət etməkdədir. Onlar inanır ki, bu ölkənin qarşılaşdığı əngəllərin çoxu Hüseynin (ə) cihad və şəhadət məktəbinin yolunu getməklə həll ola bilər. Bəlkə də yaxşı olardı deyək ki, Qarabağ yalnız bu məktəbə sığınmaqla azad olar. 

Məhəmməd Əlizadə

 

 



  • Yazılıb
  • da (də) 2016 Oct 23
  • Göndərən مدير سايت Aran News