Tarix : 2016 Oct 23
Kod 50523

Erməni soyqırımı ilə bağlı layihənin əleyhinə səs verən deputat cəzalandırıldı

Bettina Kudlanın gələn il keçiriləcək seçkidə namizədliyi irəli sürülməyib.
Arannews- 4 ay öncə Almaniya Bundestaqında erməni soyqırımı ilə bağlı layihənin əleyhinə səs verən Xristian Demokrat Birlik Partiyasından (CDU) olan yeganə deputat Bettina Kudlanın gələn il keçiriləcək seçkidə namizədliyi irəli sürülməyib.
bu barədə Almaniya mətbuatı məlumat yayıb. Belə ki, ümumi səsvermədə Leypziq-Nord bölgəsindən onun yerinə olimpiya çempionu 48 yaşlı Jens Lehman namizəd olaraq göstərilib.
Mətbuat Kudlanın seçilməməsini onun cəzalandırılması şəklində şərh edib.
Qeyd edək ki, 2 iyunda erməni soyqırımı ilə bağlı Almaniya Bundestaqında keçirilən səsvermədə Bettina Kudla yeganə deputat olaraq qətnamənin əleyhinə səs vermişdi.


  • Yazılıb
  • da (də) 2016 Oct 23
  • Göndərən مدير سايت Aran News