Tarix : 2016 Oct 24
Kod 50526

Gürcüstanda NATO-nun təlim düşərgəsinə hücum olub

silahlı şəxslər NATO-nun hərbi təlim düşərgəsinin mühafizəçi qüvvələrinə hücum edərək əraziyə daxil olmağa cəhd göstəriblər, ...
Arannews- Gürcüstanın Müdafiə Nazirliyi iki yaraqlının NATO-nun paytaxt Tiblisin yaxınlığında yerləşən təlim düşərgəsinə qarşı hücum həyata keçirməsindən xəbər verib.
Gürcüstan Müdafiə Nazirliyi dünən verdiyi məlumatda bildirib ki, iki silahlı şəxs NATO-nun hərbi təlim düşərgəsinin mühafizəçi qüvvələrinə hücum edərək əraziyə daxil olmağa cəhd göstəriblər, ancaq hücumçuların biri güllə yarası alaraq ölüb başqası isə aradan çıxa bilib. 
Gürcüstan Müdafiə Nazirliyi bu hücumun məqsədi və təfərrüatı barədə məlumat verməyib. 
Şimali Atlantika Müqaviləsi Təşkilatı NATO-nun Tiflis şəhərinin yaxınlığındaki təlim düşərgəsi Gürcüstanın və regionun digər ölkələrinin əsgərlərinin hərbi təlimləri üçün istifadə olunur.


  • Yazılıb
  • da (də) 2016 Oct 24
  • Göndərən مدير سايت Aran News